Rusiyanın Ankara səfiri Andrey Karlov silahlı hücum zamanı öldürülüb.
 
RePost.az-ın məlumatına görə, Rusiyanın Ankara səfirliyi və Çankaya Bələdiyyəsinin birgə təşkil etdiyi sərgiyə qatılan Karlov silahlı hücum zamanı ağır yaralanıb. Xəstəxanaya aparılan səfir yolda can verib. Polislə silahlı şəxs arasında qarşıdurma davam edib.
 
Son məlumata görə, təcavüzkar şəxs zərərsizləşdirib. Silahlı hücumdan dərhal sonra daxili İşlər naziri Süleyman Soylu da hadisə yerinə gəlib. 
 
RePost.az

Baxış sayı: 2364 | Tarix: 19.12.2016
Bizi Telegramda izləyin: @repostaz