Ölkəyə külli miqdarda pirotexniki vasitə gətirən şəxs saxlanılıb. 

Dövlət Gömrük Komitəsindən RePost.Az-a verilən məlumata görə, Gürcüstandan ölkəyə gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. 

İdarənin "Sınıq Körpü" gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin müxtəlif yerlərində, üzərində "Petards" yazısı olan 70 blok (hər birində 10 qutu olmaqla), üzərində "Crazy robs" yazısı olan 36 blok (hər birində 12 ədəd olmaqla) və üzərində "Qranat" yazısı olan 108 ədəd pirotexniki vasitələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.


Baxış sayı: 2763 | Tarix: 19.09.2017
Bizi Telegramda izləyin: @repostaz