Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi Bakıya gətirilib.


RePost.Az bildirir ki, alimin cənazəsini gətirən təyyarə gecə saat 01:00 radələrində Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
 

Mərhum alimin cənazəsi onun yaxınları və elm xadimləri tərəfindən qarşılanıb. Xəbər verildiyi kimi, cənazə Heydər Məscidinə aparılıb, cənazə namazı da elə orada qılınacaq.

Alimlə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) olacaq. Vida mərasimi saat 12.00-dan 14.00-dək keçiriləcək.

Lütfi Zadə I Fəxri xiyabanda dəfn olunacaq, Heydər Məscidində görkəmli alimin yas mərasimi də keçiriləcək.
 

Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, dünya şöhrətli alim Lütfi Zadə sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib.


Baxış sayı: 1816