Qarabağ Azadlıq Təşkilatı (QAT) BMT-nin Bakıdakı Ofisi qarşısında aksiya keçirib.
 
Aksiya İraq Kürdistanında "müstəqillik referendumu"na etiraz etmək, İraqın ərazi bütovlüyünə və suverenliyinə dəstək vermək məqsədilə keçirilib.
 
Aksiya iştirakçıları İraqın şimalındakı Kürd muxtariyyətinin senyabrın 25-də keçirdiyi "müstəqillik referendumu"nu pisləyib, bunu İraqın ərazi bütövlüyü və suverenliyinə qəsd kimi qiymətləndiriblər.
 
Aksiyada "İraq vahid və bölünməzdir", "Saxta referendumu rədd edirik" və digər şüarlar səsləndirilib.
 
RePost.Az

Baxış sayı: 2320