ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı başlayıb. 
 
RePost.Az xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar Xatun Əliyevanı SMS səsverməsinə çıxarıblar. O deyib ki, əslində bu gün kiminsə onu çıxarmasını istəyirdi. Lakin istəmədən səsverməyə çıxmağa məcbur olub. Xatun səs yığacağı təqdirdə şoudan kənarlaşdıracağı şəxsin adını açılamayıb. Sadəcə olaraq 3-4 nəfər iştirakçının onun əsəblərini tarıma çəkdiyini bildirib. 
 
Lakin şounun sonuna az qalmış Xatun rəqibinin kişi iştirakçılardan biri olduğunu bildirib. Bununla belə o, İlkin Misgərli və Talıb Talehə toxunmayacağını bildirib. İlqar Mikayıloğlu Xatunun hədəfinin Rauf, Elşad və özü olduğunu ehtimal edib. 
Rauf isə sabah Mehriban Xanlarovanı duelə çağırıb və onu əjdaha adlandırıb. “Sabah əjdahanın başını özüm kəsəcəm”, - deyə Rauf emosional şəkildə hədəfini açıqlayıb. 
 
71 faizdən çox səs toplayan Xatun İlqar Mikayıloğlunu şoudan kənarlaşdırıb. "Çünki o mənə dedi ki, məni çıxarsan səndən inciməyəcəm. Ona görə mən onu şoudan çıxarıram və güclü rəqib hesab edirəm". Beləliklə maşın İlqar üçün əldən getdi. 
 
RePost.Az


Baxış sayı: 2155 | Tarix: 14.10.2017
Bizi Telegramda izləyin: @repostaz