ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub. 
 
RePost.Az xəbər verir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar aparıcı Vüsalə Əlizadəni SMS səsverməsinə çıxarıblar. O, şəklinin atılacağından əvvəlcədən xəbərdar olduğunu bildirib. Amma hədəfini hələlik açıqlamaq istəmədiyini bildirib. Hədəfində bir neçə nəfərin olduğunu deyən Vüsalə Əlizadə xanımlarla yarışmaq istəmədiyini bildirib. 
 
İştirakçılardan Vüqar Əbdülov aparıcı xanımdan hədəfini açıqlamasını istəyib, əks halda Vüsalə Əlizadəyə qarşı oynayacağını bildirib. “Çünki hədəfdə mən də ola bilərəm, çox güman ki elə mənəm”, - deyə Vüqar Əbdülov əlavə edib. 
 
Talıb Tale isə hələlik gözləməyə üstünlük verib. İlkin Misgərli isə Vüsaləyə dəstək istəyib. “Mən istəyərəm ki, o qalib olsun. Çünki onun ailəsindən də mənə dünən səs veriblər. 
 
Rauf isə hədəf olacağına inanmadığını söyləyib. Vüsalə Əlizadə də Raufun hədəfdə olma faizinin çox az olduğunu bildirib. 
 
Elşad Xose də özünə qarşı təhlükə hiss etmədiyini deyib. 
 
Meyxanaçı Vüqar Əbdülov isə artıq dəqiq hədəf olduğunu deyib və pərəstişkarlarından Vüsalə Əlizadənin getməsinə səs istəyərək mübarizəyə qoşulub. 
 
Amma məşhur meyxanaçı, xanım aparıcıya uduzub. 56,44 faiz səs toplayan Vüsalə Əlizadə Vüqarı oyundan uzaqlaşdırıb. “Vüqar ən çox səmimiyyət axtaran iştirakçı Vüqar idi. Vüqar buranı bəyənmirsənsə gəl”, - deyə onu aparcının yanına dəvət edib. Beləliklə də maşın meyxanaçı Vüqar üçün əldən getdi. 
 
RePost.Az


Baxış sayı: 2421 | Tarix: 18.10.2017
Bizi Telegramda izləyin: @repostaz