Bazar günü Gürcüstanın Mərkəzi Seçki Komisyonu, mehrin 29-da yerli özünü idarəetmə orqanlarına keçirilən seçkilərin yekun nəticələrini açıqlayıb. Nəticələrə görə, "Gürcüstan arzusu" hakim partiyası, seçici səslərinin 55,73%-ni qazanıb. 
 
İkinci yerdə keçmiş hakim partiya olan "Vahid milli hərəkat" qərarlaşıb. O, 3 min 644 seçki məntəqəsindən yığılan bülletenlərin hesablanmasından sonra, səslərin 17,07%-ni əldə edib. Sonrakı yerlərdə "Avropa Gürcüstanı", "Gürcüstan Vətənpərvərləri Alyansı", Leyboristlər Partiyası qərarlaşıb. MSK-nın məlumatına görə, 59 bələdiyyədən 54-də və beş özünü idarəetmə orqanından dördündə keçirilən vali seçkilərində "Gürcüstan arzusu" qalib gəlib. Sözügedən partiyadan namizəd olan Kaxa Kaladze, seçicilərin 51,06% səsini toplayaraq Tiflis valisi seçkilərində qalib gəlib.
 
RePost.Az

Baxış sayı: 4587 | Tarix: 23.10.2017
Bizi Telegramda izləyin: @repostaz