Rusiya vətəndaşlarının üzərində 120 min dollar aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində, həmin şəxslərdən iki nəfərinin ayaqqabılarında, bir nəfərinin isə corablarında, gömrük nəzarətindən gizlədilmiş halda cəmi 120 min dollar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

RePost.Az


Baxış sayı: 2421 | Tarix: 21.12.2016
Bizi Telegramda izləyin: @repostaz