Bu gün Bakının Səbail rayonunda yeni idman və istirahət parkı istifadəyə verilib.
 
RePost.Az-ın xəbərinə görə, prezident İlham Əliyev parkda yaradılan şəraitlə tanış olub.
 
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov parkda görülən işlər barədə dövlət başçısına məlumat verib. O bildirib ki, rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, həyata keçirilən layihələr və sosial proqramlar çərçivəsində bu ilin may ayından 20-ci yaşayış sahəsindəki Su İdmanı Sarayı ilə üzbəüz 1,7 hektarlıq ərazidə yeni idman və istirahət parkının salınmasına başlanıb və artıq işlər başa çatdırılıb. Parkın layihəsi dünya şöhrətli memar və dizaynerlər tərəfindən ingilis layihəsi əsasında hazırlanıb və Azərbaycanda ilk dəfə olaraq həyata keçirilib. Xüsusi layihə çərçivəsində görülən işlər yüksək keyfiyyətlə və zövqlə yerinə yetirilib.
 
RePost.Az

Baxış sayı: 2497 | Tarix: 28.10.2017
Bizi Telegramda izləyin: @repostaz