Bu gün Çempionlar Liqasında II dövrəyə start veriləcək.
 
RePost.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" IV turun ilk oyun günündə meydana çıxacaq. Ağdam təmsilçisi səfərdə "Atletiko" ilə görüşəcək. Madrid təmsilçisi ilə qarşılaşma yeni inşa olunan "Metroplitano" stadionunda keçiriləcək. 
 
Çempionlar Liqası
 
IV tur, C qrupu
 
31 oktyabr
 
23:45. "Atletiko" (İspaniya) - "Qarabağ" (Azərbaycan)
 
Baş hakim: Deniz Aytekin
 
Baş hakimin köməkçiləri: Qvido Kleve, Markus Hakker
 
Əlavə köməkçi hakimlər: Daniel Siebert, Bencamin Brand
 
Dördüncü hakim: Eduard Beytinqer (hamısı Almaniya)
 
Madrid. "Metropolitano" stadionu
 
"Atletiko": 13. Yan Oblak, 2. Dieqo Qodin, 3. Filipe Luis, 5. Tomas Parte, 7. Antuan Qrizman, 8. Saul Nigez, 11. Anxel Korrea, 14. Qabi, 15. Stefan Saviç, 20. Xuanfran, 21. Kevin Qameyro
 
Ehtiyat oyunçular: 1. Migel Anxel Moya, 9. Fernando Torres, 12. Avqusto Fernandez, 16. Şimo Vrsaliko, 17. Lusiano Vietto, 19. Lukas Hernandez, 22. Nikolas Qaytan
 
Baş məşqçi: Dieqo Simeone
 
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 90. Ramil Şeydayev
 
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev, 99. Dani Kintana
 
Baş məşqçi: Qurban Qurbanov
 
****
 
Birinci hissənin 40-cı dəqiqəsində Riçard Almeyda künc zərbəsini dəyərləndiri və başla topu meydan sahiblərinin qapısından keçirir. Birinci hissə bu hesabla da başa çatır. Komandamıq fasiləyə qalib olaraq yollanır.
 
***
 
56-ci dəqiqəsində ev sahibləri hesabı bərabərləşdirirlər. Tomas uzaqdan vurduğu zərbə qapımızdan keçir. 58-ci dəqiqədə isə Pedronun rəqibə qarşı kobudluğu qırmızı vərəqə ilə qiymətləndirilir. Beləliklə Madriddə "Qarabağ" azlıqda qalır.
 
***
 
88-ci dəqiqədə Atletikonun 15 nömrəli oyunçusu kobudluq etdiyinə görə, qırmızı vərəqə ilə oyundan kənarlaşdırılır. Bununla da say bərabərləşir və "Qarabağ" komsandasının nəfəs almasına imkan yaranır.
 
Qarşılaşma 1:1 bərabərliklə başa çatır. 
 
RePost.Az

Baxış sayı: 3162 | Tarix: 31.10.2017
Bizi Telegramda izləyin: @repostaz