Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə əlaqədar Azərbaycanda səfərdə olub.
 
RePost.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan Türkiyəyə qayıtdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə çəkilən fotosunu “Twitter”də paylaşaraq səmimi qonaqpərvərliyə görə İ. Əliyevə təşəkkür edib.
 
Türkiyə KİV-i prezidentlərin bu görüşünü  “Ceketsiz diplomasi” (“Pencəksiz diplomatiya”) kimi təqdim edib. 
 
Qeyd edək ki, tərəflərin görüşündə iki ölkənin iştirakçısı olduğu qlobal layihələrin perspektivi, qarşılıqlı iqtisadi əlaqələrin möhkəmələndirilməsi, siyasi və strateji tərəfdaşlıq məsələləri müzakirə edilib.
 
RePost.Az

Baxış sayı: 2649 | Tarix: 31.10.2017
Bizi Telegramda izləyin: @repostaz