Müğənni Manaf Ağayev növbəti dəfə maraqlı açıqlama ilə diqqət çəkib. 

RePost.Az bildirir ki, “Məşhurla bir gün” verilişinə açıqlama verən ifaçı həmkarlarından danışıb: “Oxuya bilməyənlər toya baha gedir, meydan oxuyur. Mənə deyirlər ki, filankəs qaşını alıb, üzünü dartdırıb, cırıq cins geyinib. Deyirəm ki, o, onun öz həyatıdır, rahatdır. Mən geyinə bilmərəm. Rayonun ucqar kəndində böyümüşəm, bunlar mənə yaddır. Avropada yaşasaydım, bəlkə mən də elə olardım”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Manaf Ağayev ARB TV-nin  proqramında deyib. 

İfaçı övladından da söz açıb: “Oğlum cavan yaşında mənim lağ elədiyim şeyləri geyinir. Gördüm ki, rahatdır, ətrafı belədir. Amma ləzzət onda alıram ki, bədənində kişi qanı axır, kişi kimi danışır. Amma incə-mincə danışsa cinsini də, başını da kəsərəm. Sadəcə moddur”.


Baxış sayı: 2421 | Tarix: 06.11.2017
Bizi Telegramda izləyin: @repostaz