Milli Tеlеviziya və Radiо Şurası iclas keçirib. 
 
RePost.Az-ın məlumatına görə, iclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılmış və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib. 
 
İclasda həmçinin Dalğa TV-nin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılmış və ona peyk yayımı üçün müddətsiz lisenziya verilməsi barədə qərar qəbul edilib. 
 
RePost.Az

Baxış sayı: 2117 | Tarix: 14.11.2017
Bizi Telegramda izləyin: @repostaz