Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb.
 
RePost.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi dəyib.
 
O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsərətlər alan xadimə əməliyyat masasında ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
RePost.Az

Baxış sayı: 1951