Sumqayıt şəhərində 17-ci mikrorayonda atəş səsləri eşidilib. 
 
Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, naməlum şəxs Gold Palace şadlıq sarayının qarşısında 7 nömrəli avtobusa atəş açıb. Avtobusun şüşələrinin sındığı bildirilr. Ölən və ya yaralanlar barədə məlumat yoxdur. Hazırda ərazidə təhlükəsilik tədbirləri görüldüyü və yolda hərəkətin polis tərəfindən məhdudlaşdırıldığı bildirlir. Ərazidən keçən maşınlar saxlanılır, sənədlər yoxlanılır. 
 
Sahə müvəkkili əməkdaşımızla söhbətində məlumatı nə təkzib, nə də təsdiq edib.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə məlumatın həqiətə uyğun olmadığını bildirib. O, virtualaz.org-a verdiyi açıqlamsında axşam saatlarında naməlum şəxslərin iki sərnişin avtobusunu daşa basdığını bildirib. Hadisə nəticəsində xəsarət alan olmayıb, avtobuslara maddi zərər dəyib – onların şüşələri sındırılıb.
 
Bu xəbəri Daxili İşlər Nazirliyində də təsdiqləyiblər.
 
Hazırda hüquq-mühafizə orqanları hadisəni törədən şəxslərin axtarışını həyata keçirir.
 
RePost.Az

Baxış sayı: 6559