Bundesliqanın 16-cı turu başa çatdı.

RePost.az-ın məlumatına  görə, turun ən maraqlı qarşılaşması "Bayern Munich" "RasenBallsport Leipzig" olub.

Görüşün ilk hissəsinin əvvəllərində "Bavariya" oyunu öz xeyrinə dəyişə bilib. Vurduğu 2 qolla irəli çıxan "Bavariya" daha rahat  oynamağa "RasenBallsport Leipzig"-in oyunçusuna 30-cu dəqiqədə qırmızı vərəqə göstəriləndən sonra başladı.

İkinci hissədə də meydan sahibləri diqtə edən tərəf olub. Belə ki, "Bavariya" 3-cü qolunu penaltidən vurub.

Bu qələbə sayəsində "Bavariya" xallarının sayını 39-a çatdıraraq çempionatın vahid lideri olub.

RePost.az

 

 


Baxış sayı: 3010 | Tarix: 22.12.2016
Bizi Telegramda izləyin: @repostaz