"O səs Türkiyə" yarışmasının ötən gün yayımlanan bölümündə daha bir azərbaycanlı iştirak edib.

RePost.Az axşam.az-a istinadən bildirir ki, Yunes Borumand Cənubi Azərbaycandan olduğunu, Təbrizdən gəldiyini deyib. O, xalq artisti Polad Bülbüloğlunun repertuarında yer alan məşhur "Gəl ey səhər" mahnısını səsləndirib.

Yunesin ifasına Murat Boz və Hadisə dönüb. Murat "Musiqi həyatında ən sevdiyim və dinlədiyim mahnıdır. Azərbaycanın keçmiş nazirlərindən olan Polad Bülbüloğlunun bəstəsidir. Bunu Şəbnəm Fərah da oxuyub. Azərbaycanda möhtəşəm əsərlər yaranır" deyə, bildirib.

Boz daha sonra "Gəl ey səhər" mahnısını Yuneslə duet oxuyub. Borumand sonda Muratın komandasında yarışmaya davam etmək istədiyini söyləyib.


Baxış sayı: 2516 | Tarix: 27.11.2017
Bizi Telegramda izləyin: @repostaz