Braziliyanın Rio de Janero şəhərindəki qadın həbsxanalarından birində maraqlı müsabiqə keçirilib. Həbsxana rəhbərliyi qadınların əyləncəsi məqsədilə gözəllik müsabiqəsi təşkil edib.

RePost.Az publika.az-a istinadən  xəbər verir ki, bu sayca Brazilaya həbsxanalarında keçirilən ikinci gözəllik müsabiqəsidir.

440 qadın məhkum bir-birindən gözəl libaslarda, saç və makiyajda podyuma çıxaraq birincilik uğrunda mübarizə aparıblar. Son mərhələyə onlardan yalnız 10 nəfəri qalıb.

Ümumilikdə 440 məhkumun saxlandığı təcridxanada keçirilən müsabiqədə məhkumların ailə üzvləri də iştirak edib.

Bu ilin "gözəllik kraliçası" isə 29 yaşlı Mayana Alves seçilib. O, 2015-ci ildən həbs edilərək 7 il azadlıq məhrum edilib. Qalibə tac, ailəsi ilə əlavə görüş və bir sıra dəyərli hədiyyələr təqdim olunub.


Baxış sayı: 2972 | Tarix: 29.11.2017
Bizi Telegramda izləyin: @repostaz