Sosial şəbəkələrdə paylaşılan elə görüntülər var ki, insanlar tərəfindən böyük maraqla qarşılanır və beləliklə şəbəkənin gündəmində ulduza çevrilir. Lənkəranda da Linda - dobermanın instagram profili insanların xüsusi marağına səbəb olub. 
 
Müxtəlif pozalarda, müxtəlif məkanlarda şəkillər çəkib sosial şəbəkələrdə paylaşmaq bu gün insanların çox sevdiyi birşeydir. Elə ev heyvanları da var ki, onların özlərinin şəxsi profilləri var. Bu günkü qəhrəmanımız Linda da belələrindəndir.
 
Artıq 4 ildir ki, Linda İbadovlar ailəsi ilə birlikdə yaşayır. Lindaya olan sevgi o qədər çoxdur ki, o əvvəl gündən it damında yox, onun üçün ayrılan otaq şəraitində bəslənilir. Bəs görəsən bu iti sahibinə bu qədər sevdirən xüsusi özəlliklər nədir?
 
Heyvanın sahibi Samir İbadov: "Bir çox it cinsləri ilə maraqlandım. Seçimimi dobermanın üstündə etdim ki, yaxşı cangüdəndir, uşaqlarla mehribandır və komandalara düzgün riayət edir.”
 
Müsahibimiz Lindanı həm də ailəsinin xilaskar dostu adlandırır.
 
Heyvanın sahibi Samir İbadov: "Bir dəfə evdə yanğın baş verib və heç kəsin ondan xəbəri yox idi. İt yanğının yanından başlayıb hürməyə hamısın yığıb ora.”
 
Qəhrəmanımızın nə qədər mehriban və sevimli olduğu digər ev heyvanları ilə davranışından da görünür. Başqa həmcinslərindən fərqli olması ilə seçilən 4 yaşlı Lindanın hazırda yüzlərlə instagram izləyicisi var. Onun burada paylaşılan foto və videoları xüsusi maraqla qarşılanır. Bunu paylaşımlara yazılan şərhlər və bəyənmələrdən görmək mümkündür. Linda çox şanslıdır ki,sahibinin sayəsində rahat və sağlam həyat tərzi sürür. Nəzərə alaq ki, ev heyvanları ilə təmas həm də uşaqların tərbiyəsinə çox müsbət təsir göstərir, onların qəlbində xeyirxahlıq, məhəbbət və qayğıkeşlik hissi yaradır. Bu baxımdan ev heyvanlarını saxlayıb onun müsbət nəticələrini gözləməyə dəyər.
 
RePost.Az
 

Baxış sayı: 77