İstanbul Baş prokurorluğunun apardığı istintaq çərçivəsində məhkəmə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və qohumlarının əmlakının müsadirə edilməsinə dair qərar qəbul edib.
 
RePost.Az-ın CNN Türk-ə istinadən verdiyi məlumata görə, siyahıda 23 nəfərin adı var.
 
Zərrab 2016-cı ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. O, 2010-2015-ci illərdə İrana qarşı olan sanksiyaları pozaraq, ABŞ-da dələduzluq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında təqsirləndirilir.
 
RePost.Az

Baxış sayı: 3352 | Tarix: 01.12.2017
Bizi Telegramda izləyin: @repostaz