Bakıda 33 yaşlı kişi özünü öldürüb.

RePost.Az xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan 1984-cü il təvəllüdlü Əliyev Qadir Xalid oğlu yeni köçdüyü evində bıçağı döş qəfəsinin yuxarı hissəsinə soxaraq, özünə xəsarət yetirib. Körpücük sümüyü yaxınlığından xəsarət alan 33 yaşlı Qadir Əliyev daxili qanaxma nəticəsində vəfat edib.

 

Bildirilir ki, intihar edən şəxs 4 il əvvəl ailə qurub və xanımı ilə yeni köçdüyü evində yaşayırmış. Onun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi və zərərli vərdişlərinin olduğu üzə çıxıb.

 

Hadisə vaxtı həyat yoldaşı naşatır spirti ilə ona kömək etməyə çalışsa da, bu, mümkün olmayıb və Qadir Əliyev xəstəxanaya aparılarkən ölüb.


Baxış sayı: 268