Qazaxıstanda Aİ-92 markalı benzin ucuzlaşıb.
 
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hazırda bu ölkədə Aİ-92 markalı benzinin 1 litri 157-158 tenqeyə (0.80 AZN) satılır.
 
Qeyd edək ki, bir müddət öncə Qazaxıstan energetika naziri Kanat Bozumbayev ölkədə yanacağın qiymətinin aşağı düşəcəyini proqnozlaşdırıb. O bildirib ki, qiymətlər noyabr-dekabr aylarında ucuzlaşacaq. Nazir eyni zamanda deyib ki, gözlənilməz proseslər baş verməsə, qiymətlər növbəti aylarda sabit qalacaq.
 
RePost.Az

Baxış sayı: 4321 | Tarix: 12.12.2017
Bizi Telegramda izləyin: @repostaz