Cəlilabadda bir müddət əvvəl keçmiş qohumlarının hucumuna məruz qalan Şəbiyevlər ailəsi yenidən təhlükə ilə üzbəüzdür.
 
RePost.Az Ameganews.com-a istinadən xəbər verir ki, 2 ay əvvəl baş vermiş insidentdə rayonun Şükürlü kənd sakini Əbülfət Şəbiyevin həyat yoldaşı Kəmalı Şəbiyeva keçmiş qudası Əliağa Qürbətov və onala birlikdə olan digər 6 nəfərin hücümüna məruz qalmışdı. Həyətdə evin xanımı dəmir linglər vəhşicəsinə döyülüb, həyat yoldaşı Əbülfət Şəbiyev isə evdən qaçmaqla xilas ola bilmişdi.
 
Ev sahibini tuta bilməyən həmin şəxslər Şəbiyevlər ailəsinə məxsus evin pəncərə və qapılarını sındırmaqla ondan intiqam almağa çalışmışdılar. Hadisə zamanı ölümcül döyülmüş Kəmalə Şəbiyevanın yaraları ağır olduğu üçün həkimlər tərəfindən baş nahiyyəsinə tikiş qoyulmlmaqla uzun 1 aya yaxın xəstəxanada müalicə alıb.
 
Maraqlıdır ki, yaxın günlərdə xəstəxanadan çıxdıqdan sonra ailə üzvləri kəndə döndükdə hadisəni törədənlərin azadlıqda olduğunu öyrəniblər. Bu azmış kimi Şəbiyevlər ailəsinin keçmiş qudası onları yenidən vəhşicəsinə döyəcəyilə hədələyib.
 
Qeyd edək ki, Məslə ilə bağlı bütün lazımı orqanlara məlumat verilib.İndi Şəbiyevlər ailəsi yenidən analoji hadisənin təkrarlana biləcəyindən narahatdırlar.
 
RePost.Az

Baxış sayı: 2269 | Tarix: 12.12.2017
Bizi Telegramda izləyin: @repostaz