Amerika hərbçiləri, DAİŞ terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadini yaxalayaraq, Amerikanın Suriyadakı hərbi bazasında saxlayırlar. Bu barədə "Yeni Şafak" nəşrinə məsələ ilə bağlı məlumatlı mənbə bildirib. 
 
Mənbənin bildirdiyinə görə, Əbu Bəkr Əl Bağdadi, İraqda ələ keçirildikdən sonra, Amerikanın Suriyanın şimal-şərqindəki Ras əl-Ayn şəhərində yerləşən hərbi bazasına aparılıb, daha sonra isə əl-Hasaka şəhəri yaxınlığındakı dayaq məntəqəsinə köçürülüb. Məlumata görə, əl-Bağdadi ilə birlikdə DAİŞ-in 7 səhra komandiri də ələ keçirilib, onlardan birinin İraq vətəndaşı olduğu bildirilir. 
 
Qeyd edək ki, xordadın ortalarında Rusiya Müdafiə Nazirliyi, DAİŞ liderinin aviazərbə nəticəsində məhv edildiyini bəyan etmişdi. Amerika tərəfi isə öz növbəsində əl-Bağdadinin ölmədiyini iddia etmişdi.
 
RePost.Az

Baxış sayı: 2744 | Tarix: 18.12.2017
Bizi Telegramda izləyin: @repostaz