İctimai fəal Bəxtiyar Hacıyev “Azercell” şirkətinin rəhbərliyinə Yeni il “hədiyyə”si olaraq 18 ədəd Çin istehsalı “prezervativ” göndərib. 
 
RePost.Az-ın məlumatına görə, Bəxtiyar Hacıyev bu barədə sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, Belçikaya zəng edib. Lakin nömrə bağlı olduğundan danışa bilməyib. Buna baxmayaraq balansından 18 AZN çıxılıb. “Buna görə, Azercell-in prezidenti Vahid müəllimə 18 ədəd Çin istehsalı qoruyucu göndərdim. Bütün narazı müştərilər adından qəbul etməsini rica edirəm”, - deyə Bəxtiyar Hacıyev qeyd edib.
 
Onun sözlərinə görə, şirkətin Facebook səhifəsinndə qiymətləndirməni bağlayıblar ki, etiraz edənlər aşağı reytinq verə bilməsinlər. "Hədiyyə çatana qədər, Azercell müştəri xidmətlərindən, rominq tariflərindən, telefona kontent provayderlər tərəfindən aldadıcı mesajlar göndərilərək balansdan pul silinməsindən narazı olanlar, paylaşaraq dəstək verə bilərlər, - deyə ictimai fəal əlavə edib.
 
RePost.Az

Baxış sayı: 2421 | Tarix: 20.12.2017
Bizi Telegramda izləyin: @repostaz