ARB TV-nin "Səhər-səhər” verilişində qonaq olan əməkdar artist Aygün Bəylər Röya haqqında thqiramiz ifadələr işlədib.
 
RePost.Az-ın məlumatına görə, aparıcı Elgiz Əkbərin Röyanı sənətkar adlandırması Aygün Bəyləri özündən çıxarıb:
 
"Hansı sənətdən danışırsan? Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur. 80 faizi o gündədir. Mən sənətkaram ey. Sənin onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Nigarı Röyanın yanına qoysan sənətdə onu sökər. Qorxmuram... Mən sənət üçün doğulmuşam. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən. Hansı oxuyanda var? Estrada da, ərəb də, muğam da oxuyuram. Kimə deyim? Xoşuma gəlmir sənəti olmayandan danışırsan. Bəlkə xalq iyrənir? Mən onun səsinə qulaq asa bilmirəm. İlk gələn vaxtlar məndən məsləhət aldı ki, tək gəlmisən, necə edim mən də? Belə söhbətlər var ee...".
 
Aygün daha sonra Sənəti olmayan yanında belə danış deyərək, efiri tərk edib. Daha sonra isə tanınmış stilist Anar Ağakişiyevin təkidi ilə geri qayıdıb.
 
RePost.Az


Baxış sayı: 4454 | Tarix: 22.12.2017
Bizi Telegramda izləyin: @repostaz