Bolqarıstanlı görücü Vanqa 2018-cildə bəşəriyyəti gözləyən iki vacib hadisə barədə proqnoz verib.
 
RePost.Az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Vanqanın proqnozlarına əsasən, 2018-ci ildə Çin dünyanın ən güclü dövləti olacaq. 
 
Belə ki, ÇXR həm ÜDM göstəriciləri, həm də dünyada baş verən siyasi və iqtisadi proseslərə təsir baxımından ABŞ-ı geridə qoyacaq. 
 
Vanqanın daha bir proqnozuna əsasən, Venerada yeni enerji forması aşkarlanacaq. 
 
Qeyd edək ki, buna qədər Vanqa 11 sentyabr terroru, “Brexit”, İŞİD terror təşkilatının yaranmasını təxmin etmişdi.
 
Məşhur görücünün proqnozları arasında 2256-cı ilə Marsda koloniya qurulacağı və 2341-ci ildə dünyanın yaşamaq üçün əlverişsiz vəziyyətə gələcəyi də var.
 
RePost.Az

Baxış sayı: 1693