Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
 
Şuradan RePost.Az-a verilən məlumata görə, digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Türkel TV” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək elan edilmiş müsabiqənin qalibi elan etmiş və ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.
 
İclasda həmçinin “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin 01 yanvar 2018-ci il tarixdən “AzTV” və “Mədəniyyət TV” kanallarının Bakı şəhəri və Abşeron yarımadasında yüksək keyfiyyətli rəqəmsal (HD formatında) yayıma başlaması barədə qərar qəbul edilib.
 
RePost.Az

Baxış sayı: 2402 | Tarix: 28.12.2017
Bizi Telegramda izləyin: @repostaz