“Real” Madrinin portuqaliyalı ulduzu  Kriştiano Ronaldo Suriyada yaşayan uşaqlara dəstək mesajı göndərib.
 
RePost.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, sosial media hesablarından “Save the Children” adlı qeyri-hökumət təşkilatı vasitəsilə video paylaşıb.
 
“Salam. Bu mesajım Suriyadakı uşaqlar üçündür. Çox əzab çəkdiyinizi bilirəm. Mən məşhur bir futbolçuyam amma əsil qəhrəmanlar sizlərsiniz. Ümidinizi itirməyin. Bütün dünya sizinlə. Sizə əhəmiyyət veririk. Yanınızdayıq”,-deyə Ronaldo qeyd edib.
 
Bundan başqa Ronaldonun Suriyadakı ailələr üçün qida, geyim və tibbi yardım da göndərəcəyi bildirilib.
 
RePost.az
 
 

Baxış sayı: 2839 | Tarix: 24.12.2016
Bizi Telegramda izləyin: @repostaz