Yanvarın 25-i axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 28-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən RePost.Az-a bildirilib ki, şimal-şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə enəcək.
 
Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
 
RePost.Az

Baxış sayı: 2630 | Tarix: 24.01.2018
Bizi Telegramda izləyin: @repostaz