Xaçmazın Xudat şəhərində cavan qıza qarşı biabırçı hərəkət etmək istəyən Xudat şəhər sakini saxlanılıb.
 
RePost.Az İstiPress-ə istinadən xəbər verir ki, hadisə bu il fevral ayının 6-da gecə saat 23 radələrində Xudat şəhərində həyət evlərinin birində baş verib. Şərti adı Vüsalə Zeynalova olan 25 yaşlı gənc qız hamamda çimərkən hamama soxulmuş bir nəfərin zorakılığına məruz qalıb. Hamamda lüt vəziyyətdə çimən qızı içəri qəfil daxil olan bir nəfər süpürləyərək zorlamaq istəyib.
 
Amma qızın çətinliklə də olsa haray-həşir salması, çığırıb evdəkiləri köməyə çağırması içəri vəhşicəsinə soxulan şəxsin öz çirkin əməlini həyata keçirməyə imkan verməyib. Dərhal çılpaq qızın köməyinə gələn ailə üzvləri və qız hamamdan çıxıb qaçan adamı tanıyıblar. Dərhal DİN-nin "102 "xidməti məlumatlandırılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları biabırçı olayın araşdırılmasına başlayıb. Cavan, subay qızı öz iradəsinin əksinə zidd olaraq köməksiz halda zorlamaq istəyən Xudat şəhər sakini, 27 yaşlı Tural Vaqif oğlu Şükürov fevralın 8-də tutularaq istintaqa təhvil verilib.
 
Elə həmin gün Xaçmaz rayon prokurorluğunda respublika CM-nin 29,149.1 (zorlamaya cəhd) maddəsilə açılmış cinayət işinin istintaqı zamanı Tural Şükürov törətmək istədiyi biabırçı olayı etiraf edib. O namusunu ləkələmək istədiyi qızın bacısının rəfiqəsi olduğunu, ondan xoşu gəldiyini, bu məqsədlə onu zorlamaq istədiyini söyləyib. O da məlum olub ki,Tural Şükürov cavan qızı zorlamaq istəyərkən sərxoş olub, hətta Xudat şəhər sakinləri onun narkotik vasitə qəbul edicisi olmağını da bildiriblər.
 
Artıq təqsirləndirilən şəxs qismində barəsində həbs qəti imkan tədbiri seçilən Tural Şükürovun hərəkəti başqasının namusuna sataşmaq istəyən hər kəsə bir ibrət dərsi olmalıdır. Təzyiqə məruz qalmış qızın cəld tərpənib haray-həşir olması onun zorlanmasının qarşısı alıb.
 
Xaçmaz rayon prokurorluğundan fakt təsdiqlənib və başlanılan cinayət işinin istintaqının davam etdirildiyi bildirilib. Qurumdan o da buldirilib ki, cavan qızı köməksiz vəziyyətdə zorlamaq istəyən Tural Şükürov qanun çərçivəsində öz tutarlı cəzasını alacaq.
 
RePost.Az

Baxış sayı: 2422