Bakıda gənc qadın intihara cəhd göstərib.
 
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.
 
1989-cu il təvəllüdü T.A (ad və soyad şərtidir) 4 ədəd iynəni udaraq intihara cəhd edib. Lakin evdə olan ailə üzvləri T.A-nı dərhal xəstəxanaya çatdırıb. İynələr cərrahi əməliyyat yolu ilə onun bədənindən çıxarılıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.
 
Xəsarət alan şəxsin yaxınları bildirib ki, T.A-nın intihara cəhd göstərməsinə səbəb onun həyat yoldaşının başqa qadınla görüşməsi olub.
 
RePost.Az

Baxış sayı: 2497 | Tarix: 21.02.2018
Bizi Telegramda izləyin: @repostaz