Rəsmi rəqəmlərə əsasən, Qəzvin Əyaləti istisna olmaqla, Güney Azərbaycanın bütün əyalətlərində köç probleminin yaşanır. RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, onlar əsasən, İranın mərkəzi əyalətlərinə, yəni fars məntəqələrinə köçürlər.
 
Bu tendensiya İranın müxtəlif əyalətlərindəki iqtisadi vəziyyəti açıq-aşkar göstərməkdədir. Məlumatlara görə, 5 il ərzində İranda 4 milyon 300 min 988 nəfər ölkədaxili mühacirət edib. İnfoqrafik göstəricilərə görə, Güney Azərbaycanda ən çox köçə məruz qalan bölgə Həmədan Əyalətidir. Ondan sonra Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Mərkəzi Əyalət gəlir.
 
Məlumata görə, əyalətlərə mühacirət edənlərlə əyalətlərdən köç edənlərin sayı hesablandıqdan sonra 5 il ərzində Həmədandan 31 min 984, Ərdəbildən 19 min 950, Şərqi Azərbaycandan 17 min 614, Qərbi Azərbaycandan 12 min 163, Zəncandan 6 min 183 və Mərkəzi Əyalətdən 4 min 101 nəfərin mühacirət etdiyi məlum olub. Mühacirət məsələsində Qəzvin Əyaləti, Güney Azərbaycanın digər əyalətlərinə nisbətən daha yaxşı vəziyyətdədir.
 
İnfoqrafikadan da göründüyü kimi, Tehran, Əlborz, Yəzd, İsfahan, Simnan və Qum kimi farsdilli əyalətlər mühacir qəbul edən məntəqələrdir.
 
RePost.Az

Baxış sayı: 3713 | Tarix: 26.02.2018
Bizi Telegramda izləyin: @repostaz