Bu gün saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
 
RePost.Az-ın məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
 
Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
 
RePost.Az

Baxış sayı: 2535 | Tarix: 26.02.2018
Bizi Telegramda izləyin: @repostaz