Futbolçular haqqında bilinməyən faktlar
 
Ulduz futbolçuları biz adətən lüks həyat tərzi yaşayan şəxslər kimi təsəvvür edirik. Amma bu heç də hər kəsə aid deyil. Onların bəziləri oyunlarından çox, keçmişləri və ya adi xüsusiyyətləri ilə yadda qalırlar. RePost.Az ulduz oyunçular haqqında heç kimin bilmədiyi maraqlı faktları təqdim edir.
 
Emmanuel Adebayor
Nigeriya əsilli toqolu qolçu 4 yaşına qədər gəzə bilməyib. 
 
Manuel Noyer 
Bundesliqada ən uzaq məsafədən qol buraxan qapıçı (73 metr).
 
Kristiano Ronaldo
Ronaldonun məktəb müəllimi onun ləhcə ilə danışmasına görə daima əsəbləşib və ulduz oyunçunu döyüb. 
 
Karlos Bacca
7 il öncə dolanışığını təmin etmək üçün balıqçılıq edib. 
 
Lilian Tyuram
 Fransız oyunçu rəqiblərini narahat etmək üçün bədəninə sarımsaq sürtürmüş. 
 
Alessandro Nesta
Saatlarla "Playstation" oynadığı üçün sol əlinin baş barmağı zədələnib. Bunun üçün əməliyyat olub və 4 həftə stadionlardan uzaq qalıb.
 
Eusebiyo
Portuqaliyalı əfsanəvi futbolçunun itirdiyi ilk penaltını Jose Mourinyonun atası Feliks xilas edib. 
 
Qrafite
Braziliyalı ulduz 21 yaşına qədər küçələrdə zibil toplayaraq dolanıb.
 
Rio Mavuba
Beynəlxalq sularda üzən bir gəmidə doğulub. Sənədindəki doğum yeri xanası boş saxlanılıb. 2004-cü ildə 20 yaşında olarkən bu xanaya böyüdüyü ölkə olan Fransanın adını yazdırıb. 
 
Frank Lampard
Dünyanın ən ağıllı futbolçularındandır. İQ səviyyəsi 150-dir. 
 
Qareth Bale
Kiçik yaşlarında futbolda ədalətli olsun deyə sol ayağı ilə oynamaq qadağan edilmişdi. 
 
Corc Veah
Dünyada "ilin futbolçusu" mükafatını alan ilk və tək afrikalı oyuncudur.
 
Gilberto Silva
Klubunun verdiyi maaş çox az olduğu üçün dülgərlik edərək gəlir əldə edib. 
 
Martin Palermo
Kolumbiya matçında qazanılan 3 penaltidən da yararlana bilməyən argentinalı Palermo "ən çox penaltı itirən oyunçu" kimi tarixə düşüb. 
 
Petr Cex
İngilis, portuqal, ispan, fransız və ana dili olan çex dillərini sərbəst bilir.
 
Rio Ferdinand
Televizor izləyərkərn ayaqlarını stolun üstünə qaldırdığı üçün zədələnib.
 
Zlatan İbrahimovic
İsveçli ulduz kiçik yaşlarında velosiped oğurladığını, futbolun önü düzgün insana çevirdiyini deyib. 
 
REPOST.AZ
 

Baxış sayı: 2117 | Tarix: 29.11.2016
Bizi Telegramda izləyin: @repostaz