Azərbaycanlı hakerlərdən ibarət qrup "Anti-armenia Team" qondarma "Dağlıq Qarabağ Respublikası"-nın "prezidenti" Bako Sahakyanın facebook hesabını ələ keçirib.
 
RePost.Az-ın məlumatına görə, hakerlər qondarma "respublika" "prezidentinin" hesabından Xocalı soyqırımı zamanı həlak olanlarla bağlı müxtəlif məlumatlar paylaşdıqdan sonra hesabda öz izlərini qoymağı da unutmayıblar.
 
Qeyd edək ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
 
RePost.Az

Baxış sayı: 4705