İsa Qəmbər xəstəxanadan evə buraxılıb. RePost.Az-ın məlumatına görə, bir neçə gündür, Mərkəzi Klinik Xəstəxanada müayinə və müalicə olunan İ. Qəmbər bu gün xəstəxanadan çıxıb.
 
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı APA-ya bildirib ki, İ. Qəmbər daha dərindən müayinə olunmaq üçün artıq Türkiyənin paytaxtı Ankara şəhərinə yola düşüb.
 
Onun özünü yaxşı hiss etdiyi bildirilir.
 
Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İ. Qəmbər bu il yanvar ayının əvvəllərində xəstəxanaya yerləşdirilmiş, ürəyinə bir neçə stent qoyulmuşdu.
 
Bir neçə gün əvvəl isə o, yenidən Mərkəzi Klinik Xəstəxanasına müraciət etmişdi.
 
RePost.Az

Baxış sayı: 2516 | Tarix: 28.02.2018
Bizi Telegramda izləyin: @repostaz