Ermənistana məxsus növbəti taktiki pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.
 
Bu barədə RePost.Az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
 
Martın 3-ü günorta saatlarında cəbhənin Ağdam istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki PUA Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə zərərsizləşdirilib.
 
RePost.Az

Baxış sayı: 2611 | Tarix: 03.03.2018
Bizi Telegramda izləyin: @repostaz