Əməkdar artist Vasif Məhərrəmli idarə etdiyi 10-VM-500 qeydiyyat nişanlı “Range Rover” markalı avtomobillə paytaxtda yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə və piyadalara maneə yaradıb.


Onun bu hərəkətlərini əks etdirən videonu sürücü-təlimçi Arzu Babayeva çəkərək avtosfer.az saytına göndərib.

RePost.Az Milli.Az-a istinadən xəbər verir ki, müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb.

O, bu zaman sağa dönən avtomobillərin qarşısını kəsib. “Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsində qeyd olunub ki, piyada keçidlərində və yolayrıcında geriyə hərəkət etmək qadağandır.

RePost.Az


Baxış sayı: 5480 | Tarix: 05.03.2018
Bizi Telegramda izləyin: @repostaz