Azərbaycanın əməkdar artisti Röya Ayxan yeni sevgi münasibətinə başlayıb.
 
RePost.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya maraqlı məlumat daxil olub. Həmişə sevgililəri ilə gündəmdə olan sənətçi yenə də ənənəsinə sadiq qalıb.
 
Bu dəfə Röya Azərbaycanın tanınmış generallarından biri, Milli Qəhrəman, Şəmkir Korpusunun komandiri Rövşən Əkbərovun oğlu ilə eşq yaşayır. 35 yaşlı müğənninin sevgilisi özündən yaşca kiçik, gənc Telman Əkbərovdur.
 
Hətta sənətçi onunla çəkdirdiyi bir neçə şəkli instaqram səhifəsində paylaşıb və izlədiyi 60 nəfərin arasında Telman da var.
 
Röya, eyni zamanda general-leytenant R. Əkbərovla fotosunu da instaqram izləyiciləri ilə bölüşüb.
 
Cütlük tez-tez məclislərə birgə qatılsa da, jurnalistlər onları bir neçə gün əvvəl premyerası keçirilən “Ağ tük” filminin qala gecəsində görüblər. Sevgililər tədbirə bir gəlsələr də, media nümayəndlərindən ehtiyat edərək dostları ilə ayrı-ayrı foto çəkdiriblər.
 
RePost.Az

Baxış sayı: 3364