Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonu ərazisində qaz xəttində ba. vermiş partlayış barədə məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətindən RePost.Az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.
 
RePost.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da sosial şəbəkədə yazıb. O, bildirib ki, Səngəçal qəsəbəsinin Əzimkənd adlı ərazisində Azəriqazın Qaz ixracı idarəsinin kompressor stansiyasında 125 atmosfer təzyiqi olan qaz xətti partlayıb.
 
RePost.az
 


Baxış sayı: 2763 | Tarix: 27.12.2016
Bizi Telegramda izləyin: @repostaz