Bu gün səhər saatlarında Bakıxanov qəəbəsində yol nəqliyyat hadisəsi baş verib.

RePost.Az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, səhər saat 11:00 radələrində 50 CH 260 dövlət nömrə nişanlı Mitsubishi markalı avtomobil aşıb. Hadisə zamanı ciddi xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.

Hadisəyə yüksək sürət həddinin səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

RePost.Az


Baxış sayı: 2231 | Tarix: 15.03.2018
Bizi Telegramda izləyin: @repostaz