Güney Azərbaycanda baş verən güclü külək bölgədə ciddi fəsadlar törədib, hadisə nəticəsində 3 nəfər ölüb, 18 nəfər müxtəlif dərəcəli bədən xəsarəti xəsarət alıb. 
 
RePost.Az Günaz TV-yə istinadən xəbər verir ki, cümə və şənbə günlərində baş verən fırtınada Xoy şəhərinin Qotur məntəqəsində 5 yaşlı uşaq üzərinə divarın aşması nəticəsində həlak olub. Bundan əlavə Urmiyə, Xoy və Makı şəhərlərində bir çox yaşayiş evi, obyekt, ümumi məkanlar və bağ sahələrinə ziyan dəyib.
 
Şərqi Azərbaycan Əyalətində də bir nəfər təbii fəlakətin qurbanı olub. Məlumata görə, Təsuc-Şəbistər istiqamətində hərəkət edən bir paraplan Şancan zirvəsinə dəyərək yerə düşüb, onun sərnişini hadisə yerində keçinib.
 
Ərdəbil Təcili Tibbi Yardım Mərkəzi isə Biləsuvarın Xoruzlu kəndində bir qadının təbii fəlakətə qurban getdiyini bildirib. 51 yaşlı qadın düşən dam örtüklərinin altında qalaraq can verib. Rəsmi orqanların verdiyi məlumata görə, güclü külək nəticəsində Urmu və Sulduzun bəzi məntəqələri, həmçinin Meşginşəhrin 83 kəndində elektrik enerjisi bir neçə saatlıq kəsilib. Şərqi Azərbaycanda Təsuc şəhərinin “Şeyx Vəli” kəndində isə mal-qara fermasında 14 baş inək elektrik cərəyanı vurması nəticəsində tələf olub.
 
RePost.Az


Baxış sayı: 3675 | Tarix: 26.03.2018
Bizi Telegramda izləyin: @repostaz