Bakıda daha bir nəfər həkim səhlənkarlığının qurbanı olub. Bu barədə Femida.az-a şəxsin özü Səbinə Nağıyeva məlumat verib. Onun sözlərinə görə bir il öncə Bakıda yerləşən Avrasiya Hospitalında burun əməliyyatı keçirib.
 
Plastik cərrah Sənan Mehdiyevin uğursuz əməliyyatı nəticəsində onun burnunda əyilmə müşahidə olunub. Əvvəlkindən də pis vəziyyətə düşüb.
 
“2015-ci ildə burnumda olan çəpər əyriliyinə görə əməliyyat keçirdim. Avrasiya klinikasının həkimi Sənan Mehdiyev burnumu tanınmaz hala saldı. Gipsi açandan sonra gördüm ki, burnum əyilir. Həkimə bunu dedikdə, cavab verdi ki, gözləyim, düzələcək. Ancaq getdikcə burnum daha da əyildi. Sonra yanına getdim ki, burnum pis vəziyyətdədir. Mənə cavabında dedi: “Suyun süzülə-süzülə bura nəyə gəlmisən? Əlimdən gələn budur.” Bu görüşdən sonra mənimlə çox kobud davrandı. Avrasiya Hospitalının Baş həkimi ilə görüşdüm. O da həkimin tərəfini tutdu. Mən onlara 1800 manat pul ödəmişəm. Onu geri istəyirəm. Buna görə də mən məhkəməyə müraciət etdim. Ayın 28-də Nəsimi Rayon Məhkəməsində baxış keçiriləcək.”
 
RePost.Az

Baxış sayı: 3314 | Tarix: 27.12.2016
Bizi Telegramda izləyin: @repostaz