Təbrizdə yaşayan müğənni Əli Pormehrin 2016-ci ildə İranın Germi şəhərində ifa etdiyi mahnı yenidən səs-küyə səbəb olub. Əslən azərbaycanlı olan Ə.Pormehri Gərmidə baş tutan konsertində ifa etdiyi mahnılarla Güneydə yaşayan soydaşlarımız tərəfindən sevilir.
 
Müğənninin Cənubi və Şimali Azərbaycandan bəhs edən “Salam yetir” mahnısı soydaşlarımız arasında dillər əzbərinə çevrilib. Ancaq türk dilində mahnılar oxuyan müğənni buna görə də müəyyən qədər basqılarla qarşılanıb. O, türk dilində oxuduğu mahnılara görə, Güneydəki azərbaycanlıların sevgisini qazansa da, onun mahnıları farslar arasında böyük nifrətə sahib olub. Eyni zamanda, İran hakimiyyəti ona qarşı təzyiqləri artırmağa başlayıb. Belə ki, İran televiziyalarına çağırılan Pormehrə fars dilində mahnılar oxuması tələbi qoyulub. Bununla razılaşmayan müğənninin efirlərə çıxmasına qadağa qoyulub..
 
Qeyd edək ki, Əli Pormehr Muğan vilayətinin Gərmi şəhərində anadan olub. Təbriz, Urmiya, Türkçülüklə bağlı oxuduğu mahnılarla tanınır. Azərbaycan dilində mahnılar ifa edən müğənni İranda yaşayan türklər tərəfindən xeyli sevilir. O, türk dilində mahnılar ifa edən yeganə pop müğənnisidir. O, 2015-ci ildə İranda keçirilən musiqi yarışmasında qalib olsa da, onun qalibiyyəti İran hakimiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Buna görə də, yarışmadakı nailiyyəti ilə əlaqədar müğənniyə vəd verilən mükafatlar geri götürülüb.
 
RePost.Az


Baxış sayı: 3466 | Tarix: 28.03.2018
Bizi Telegramda izləyin: @repostaz