Goranboyda 2011-ci ildə törədilən qətl hadisəsinin üstü açılıb. RePost.Az APA-ya istinadən xəbər verir ki, 7 il əvvəl qətlə yetirilən, rayonun İrəvalı kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəşxəndə Hüseynovanın meyiti qardaşının yaşadığı evin zirzəmisindən çıxarılıb.
 
Araşdırma zamanı məlum olub ki, R. Hüseynova 2011-ci ildə qardaşı 1985-ci il təvəllüdlü Aydın Hüseynov tərəfindən boğularaq öldürülüb. Daha sonra isə meyit evin zirzəmisində basdırılıb. Qətli törədən A. Hüseynov saxlanılıb.
 
Məlumata görə, R. Hüseynova ailəli olub. 2008-ci ildə ərindən boşanaraq qardaşı ilə birgə yaşamağa başlayıb. Qadın yüngül həyat tərzi keçirdiyi və dəfələrlə xarici ölkələrə getdiyi bildirilir. Qohumları qadını qardaşlarından soruşanda onun Türkiyədə yaşadığı deyilib. Qardaşları dəfələrlə ona həyat tərzinə qarşı iradlar bildirsələr də, qadın deyilənlərə məhəl qoymayıb. Nəticədə 2011-ci ildə qardaşı A. Hüseynov onu boğaraq qətlə yetirib.
R. Hüseynovanın iki qardaş və iki bacısının olduğu bildirilir.
 
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir. 
 
RePost.Az

Baxış sayı: 2174 | Tarix: 29.03.2018
Bizi Telegramda izləyin: @repostaz