Bakıda fantastik qiymətə torpaq sahəsi satılır. RePost.Az-ın Xezerxeber.az-a istinadən verdiyi məlumata görə, elan saytlarının birində Bakının Nərimanov rayonunda 40 milyon manata boş torpaq sahəsi satılır.
 
Elanda iki hektar 10 sot ölçüsü olan torpaq sahəsinin yeni tikili bina üçün nəzərdə tutulduğu bildirilir.
 
Ekspertlər isə bildirir ki, 40 milyon manat həmin torpaq sahəsinin hazırkı real bazar qiyməti olsa da, Bakıda bu qədər boş ərazini tapmaq çətin məsələdir.
 
Hazırda ən ucuz torpaqlar Suraxanı və Binəqədi rayonu ərazisindədir ki, orada qiymətlər 1 sot üçün təxminən 1500 manatdan başlayır.
 
RePost.Az


Baxış sayı: 2364 | Tarix: 30.03.2018
Bizi Telegramda izləyin: @repostaz