Moskvada yaşayan məşhur azərbaycanlı ekstrasens Zirəddin Rzayevin dünyasını dəyişmiş Xalq Artisti İlhamə Quliyeva ilə hamam xalatında çəkdirdiyi fotosuna aydınlıq gətirib. 
 
RePost.Az-ın məlumatına görə, Zirəddin Rzayev BAKU.WS-ə verdiyi açılamasında fotoya görə, Xalq Artisti ilə sevgili olması barədə yayılan şayələrin heç bir əsası yoxdur. “Biz İlhamə xanımla çox yaxın olmuşuq. Bizim ailəvi gediş-gəlişimiz olub. Bəzən çay süfrəsində hətta duet də oxuyardıq (gülür). Uşaqlar da onu çox sevirdilər. İndi bəziləri fotolara baxıb sayıqlayırlar. Düşünürəm ki, bu həmişə belə olub və olacaq. Məni təəccübləndirən odur ki, çoxları efirdə soyunur. Əxlaqsız davranışlar edirlər və nalayiq ifadələr işlədirlər. Heç kim heç nə demir. Lakin Zirəddin yaşlı və həm də özünə nisbətən çox yaşlı xanımla, yaxın insanla çay içib, ev şəraitində şəkil çəkdirir, buna heyrətlənir”, - deyə Z,Rzayev bildirib. 
 
Ekstrasens əlavə edib ki, İlhamə Quliyevadan başqa, digər tanınmışlarla da yaxındaır və onlarla da birgə səmimi fotoları var: “Fidan Qasımova mənim qonağım olub. Nadiq Qafarzadə, İzzət Bağırov, Səidə Sultan, Niyam Salami ilə də dostam”.
 
RePost.Az

Baxış sayı: 4302 | Tarix: 07.04.2018
Bizi Telegramda izləyin: @repostaz