“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib.

RePost.az-ın"Qəbələ" FK-nın saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin AZAL-la dekabrın 21-də keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2017-ci il yanvarın 9-da bir araya gələcək. Həmin gün komandamız təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə yollanacaq. “Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq.

Roman Qriqorçukun yetirmələri yanvarın 9-dan 25-dək qonşu ölkədə hazırlıq keçəcək. “Qəbələ” hazırlıq müddətində Belek bölgəsində “Gloria Sereniti” otelində məskunlaşacaq.

“Qırmızı-qaralar” toplanış zamanı 5 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır. Artıq bu qarşılaşmalardan üçündəki sınaqçı rəqiblər və oyunların tarixi bəllidir.

Yanvarın 13-də komanda Albaniyanın “Partizani” klubu ilə görüşəcək.  “Qəbələ” 5 gün sonra Rumıniya təmsilçisi “Qaz Metan”la üz-üzə gələcək.Komandam ayın 23-də Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.

RePost.az


Baxış sayı: 2953 | Tarix: 28.12.2016
Bizi Telegramda izləyin: @repostaz