İran prezidenti Həsən Ruhani Təbriz şəhərinə səfər edib.
 
RePost.Az-ın məlumatına görə, “Təbriz - 2018” proqramının rəsmi açılış  mərasimində iştirak etmək üçün Təbrizə gedən və ictimaiyyət qarşısında çıxış edən H. Ruhani ölkədə türk (Azərbaycan) dilinin təşviqinə çağırıb.
 
“Türk dili ilə fəxr edirik. Bu dil İranın iftixarı və ətirli gülüdür. Mən qeyrətli Azərbaycan xalqının ədəbinə, fədakarlığına, səylərinə görə təşəkkür edirəm. Biz Urmiya gölünün bərpası, Azərbaycan dilinin inkişafı, idman və "Traktorsazi" klubu ilə bağlı verdiyimiz vədlərin arxasındayıq. Əgər hökumətin 2013-cü ildən indiyədək etdiyi çalışmalar olmasaydı, Urmiya gölündən əsər-əlamət qalmazdı” – deyə o, söyləyib.
 
RePost.Az

Baxış sayı: 4492 | Tarix: 24.04.2018
Bizi Telegramda izləyin: @repostaz